Xəbərlər

Müddət

ABA-nın təşkilatçılığı ilə “Post-neft iqtisadiyyatı: yeni çağırışlar və bank sektoru” mövzusunda Forum keçirilmişdir

Forumda ABA-ya üzv bankların yuxarı menecmenti və AMB-nin rəhbər nümayəndələri bir ayara gəlmişlər. Tədbiri giriş nitqi ilə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev açmış, məruzəçi qismində ABTM-in direktoru Cavanşir Abdullayev, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) şöbə müdiri Vüsal Qasımlı çıxış etmişlər. Forumda “Qlobal iqtisadi konyuktura və Azərbaycan iqtisadiyyatı”, “Neft şokuna makroiqtisadi […]

ABA-nın nəzdində fəaliyyət göstərən Hüquqi məsələlər üzrə Ekspert Qrupunun növbəti iclası keçirilmişdir

Hüquqi məsələlər üzrə Ekspert Qrupu aparıcı Bankların hüquq siyasəti üzrə məsul şəxslərinin (hüquq üzrə sahə rəhbərləri və departament direktorlarının) məşvərət məclisidir. Qrupun yaradılmasının əsas məqsədi Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə bank və maliyyə sektorunun qanunvercilik təşəbbüslərinin işlənib hazırlanması və bankların fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin müzakirə edilməsi və bu məsələlərin həlli təcrübəsinin ümumiləşdirilməsidir. Hüquqi […]

ABA-nın təşkilatçılığı ilə “Anti-böhran idarəetməsində beynəlxalq təcrübə” mövzusunda Forum keçirilmişdir

05 aprel 2016-cı il tarixdə Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə “Anti-böhran idarəetməsində beynəlxalq təcrübə” mövzusunda Forum keçirilmişdir. Forumda Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri cənab Rüfət Aslanlı, Azərbaycan Banklar Assosiasiyasının prezidenti cənab Zakir Nuriyev, eyni zamanda ölkədə fəaliyyət göstərən kommersiya bankları və sığorta şirkətlərinin rəhbərləri iştirak etmişlər. Tədbirdə Türkiyə Bank Nəzarəti və Tənzimlənməsi Agentliyinin […]

ABA-nın Rəyasət Heyəti üzvləri ilə BVF-nın ekspertləri arasında görüş keçirilmişdir

06 aprel 2016-cı il tarixdə Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyəti üzvləri ilə Beynəxlaq Valyuta Fondunun texniki yardım proqramı çərçivəsində Bakıda olan ekpertləri arasında görüş keçirilmişdir. Görüş zamanı bank sektorunun mövcud vəziyyəti, yeni şəraitə adaptasiya prosesləri və görüləcək işlər barədə müzakirələr aparılmış, eyni zamanda ölkədə pul və valyuta bazarlarının təkmilləşdirilməsi, bank nəzarəti mexanizmləri, eləcə də bu […]

MÜDDƏT