Xəbərlər

Müddət

Himayəçilik Şurasına bank nümayəndələri seçilib

20 iyun 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iclasında Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında iştirakçı  bankların nümayəndələrinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Şuraya ABA tərəfindən üzvlər təyin edilib. Seçkidə 22 bank iştirak edib. Səsvermə nəticəsində  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Xalid Əhədov və “Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri Cəlal […]

Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin iclası keçirilib

20 iyun 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iclası keçirilib. İclasda ilk olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasına  üzvlərin seçilməsi müzakirə olunub.  Həmçinin bankların maliyyə vasitəçiliyi imkanlarının artırılması, habelə bu istiqamətdə qanunvericilik və normativ bazanın təkmilləşdirilməsi, bankların fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı ABA-nın irəli sürdüyü təkliflər müzakirə edilib. Sonda ABA üzvü […]

ABA-nın rəhbərliyi Bank of Baku ASC-nin sədrini təbrik edib

Azərbaycan Banklar Assosiasiyasının (ABA)  prezidenti Zakir Nuriyev və  İcraçı direktoru Yunus Abdulov  Bank of Baku ASC-nin Müşahidə şurasının sədri Elçin İsayevin 65 illik yubileyi münasibəti ilə təbrik ediblər. 23 illik bank təcrübəsinə malik Elçin İsayev sektorda xüsusi hörmətə malik bankirlərdən biridir. Qeyd edək ki, 1994-ci ildən fəaliyyət göstərən  “Bank of Baku”nun qurucularından biri olub və […]

Ödəniş kartlarının təhlükəsizliyinə dair növbəti tədbir keçirilib

16 iyun 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyası (ABA) ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə fırıldaqçılıq hallarının qarşısının alınması sahəsində mövcud potensialın daha da yüksəldilməsi, beynəlxalq təcrübədə tətbiq edilən son texnoloji həllər haqqında bank əməkdaşlarının məlumatlandırılması məqsədilə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə birgə növbəti tədbir keçirib. Tədbirdə açılış nitqi […]

ABA-nın İcraçı direktoru Dünya Bankının nümayəndəsi ilə görüşüb

Azərbaycan Banklar Assosiasiyasının (ABA) İcra Aparatının rəhbərliyi ilə Dünya Bankının nümayəndəsi arasında görüş keçirilib. ABA-nın mənzil-qərargahında baş tutan görüşdə ABA-nın icraçı direktoru Yunus Abdulov və İcra Aparatının baş iqtisadçısı Bəhruz Əhmədov, Dünya Bankından maliyyə və bazarlar üzrə məsləhətçi Michael J.Fuchs iştirak ediblər. Qeyd edək ki, görüşdə Azərbaycanda bank sektorunun və maliyyə bazarlarının cari vəziyyəti, sektorda […]

MÜDDƏT