Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (İFC) və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə 31 may – 1 iyun 2017-ci il tarixlərində “Regional Konfrans: Daşınar əmlakın yüklülüyü islahatı- nailiyyət və gələcək çağırışlar” adlı tədbir keçirilib. Tədbirdə daşınar əmlakın yüklülüyü islahatının iqtisadi və hüquqi aspektləri, Doing Business tədqiqatlarında ölkələrin reytinqinə təsiri, daşınar əmlakın yüklülüyü reyestrinin əhəmiyyəti […]
May ayının 27-si Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bank və maliyyə bazarlarının təhlükəsizliyi” mövzusunda konfrans keçirilir. Tədbirdə açılış nitqi ilə çıxış edən ABA-nın icraçı direktoru Yunus Abdulov bildirib ki, cəmiyyətin inkişafının post-industrial fazası informasiya texnologiyalarının sürətlə inkişafı və həyatın demək olar ki, bütün sferalarında geniş tətbiqi ilə xarakterizə olunur: “İqtisadiyyatda formalaşan yığımları investisiyalara […]
Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “ÇYP qarşı mübarizə və Komplayens” üzrə Ekspert Qrupunun üzvləri və Qrup üzvü olmayan digər bankların məsul şəxləri üçün ABA-nın təşkilatçılığı ilə 25 may 2017-ci il tarixində Maliyyə Monitorinqi Xidmətinin sektor müdiri Azər Abbasov tərəfindən seminar keçirilib. “Bank hesablarına dövlət satınalmalarından daxil olan vəsaitlərin idarə edilməsi” mövzusunda keçirilən seminarda Azərpoçt MMC-nin, […]
22 may 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının iştirakı ilə bankların, habelə prosessinq fəaliyyətini həyata keçirən təşkilatların əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də mövcud potensalın daha da artırılması istiqamətində seminar keçirilib. “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası […]
Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyəti bank sektorunda əmək haqqı səviyyələrinin müəyyənləşdirilməsi məqsədilə ABA üzvü olan banklar arasında əmək haqqı sorğusunun keçirilməsi ilə bağlı qərar verib. Hazırkı mərhələdə sorğunu keçirəcək şirkətin müəyyənləşdirilməsi üzrə işlər görülür. Bununla bağlı, 11 aprel 2017-ci il tarixində bankların İnsan Resursları departamentinin rəhbərləri və “HayGroup” şirkərinin nümayəndələri arasında görüş keçirilib.