Xəbərlər

Müddət

“Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi ilə əlaqədar ABA-da iclas keçirilib

Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “ÇYP qarşı mübarizə və Komplayens” üzrə Ekspert Qrupu ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) və Maliyyə Monitorinqi Xidmətinin (MMX) nümayəndələrindən ibarət “Müvəqqəti İşçi Qrupu”nun iclası keçirilib. İclasda “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi üzrə tələb olunan sənədlərin siyahısının standartlaşdırılması və nəzarət prosesi üzrə hazırlanmış tövsiyyələr müzakirə edilib. Qeyd edək ki, […]

“Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə” Ekspert Qrupunun iclası keçirilib

4 may 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə” Ekspert Qrupunun iclası keçirilib. İclasda banklarda mühasibat uçotunun tənzimlənməsinə dair normativ qaydaların yenilənməsi ilə əlaqədar Ekspert Qrupunun üzvləri ilə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) nümayəndələri arasında fikir mübadiləsi aparılıb. Sonda bankların məsələ ilə əlaqədar təkliflərinin  hazırlanaraq MBNP-na təqdim […]

Ödəniş sistemləri qrupunun növbəti iclası keçirilib

4 may 2017-ci il tarixində  Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun iclası keçirilib. İclasda ABA-nın Ekspert Qrupunun üzvlərindən əlavə bankların ödəniş sistemləri məsul şəxsləri,  Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri iştirak ediblər. Gündəlikdə olan əsas məsələ debet kartları üzrə interçeync haqlarının unifikasiyası ilə əlaqdar olub və […]

ABA və MBNP tərəfindən birgə işçi qrup yaradılır

Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “ÇYP qarşı mübarizə və Komplayens” üzrə Ekspert Qrupu ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) və Maliyyə Monitorinqi Xidmətinin (MMX) nümayəndələrindən ibarət “Müvəqqəti İşçi Qrupu” yaradılıb. Qrupun məqsədi qanunvericilikdə baş vermiş son dəyişikliklər və MBNP-nin tələblərinin icrası üçün standart yanaşma konsepsiyasının işlənib hazırlanmasıdır. Qrupun kordinatoru “Yapıkredi Bank Azərbaycan” QSC-nın nümayəndəsi  […]

Azərbaycan Banklar Assosiasiyası Yalta şəhərində keçirildiyi iddia edilən iqtisadi forumda iştirak etməyib

Bəzi mətbu orqanlarda Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələrinin 20-22 aprel 2017-ci il tarixində Yalta şəhərində keçirildiyi iddia edilən iqtisadi forumda iştirak etdiyi ilə bağlı yanlış xəbərlər yayılmışdır. Bildirmək istərdik ki, bu xəbərlər tamamilə əsassızdır və ABA-nın heç bir nümayəndəsi Yalta şəhərində nə 20-22 aprel 2017-ci il, nə də başqa bir tarixdə keçirilən hər hansı bir tədbirdə […]

MÜDDƏT