Xəbərlər

Müddət

Azərbaycan Banklar Assosiasiyası Yalta şəhərində keçirildiyi iddia edilən iqtisadi forumda iştirak etməyib

Bəzi mətbu orqanlarda Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələrinin 20-22 aprel 2017-ci il tarixində Yalta şəhərində keçirildiyi iddia edilən iqtisadi forumda iştirak etdiyi ilə bağlı yanlış xəbərlər yayılmışdır. Bildirmək istərdik ki, bu xəbərlər tamamilə əsassızdır və ABA-nın heç bir nümayəndəsi Yalta şəhərində nə 20-22 aprel 2017-ci il, nə də başqa bir tarixdə keçirilən hər hansı bir tədbirdə […]

İpoteka verən banklar sığorta şirkətləri ilə görüşüblər

21 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının “ipoteka proqramının inkişafı üzrə” Ekspert Qrupu ilə “Azəşgah Həyat Sığorta”, “QALA Həyat Sığorta” və “PAŞA Həyat Sığorta” şirkətinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə ipoteka kreditləşməsi zamanı banklar və sığorta şirkətləri arasında olan münasibətlər müzakirə edilib, bankların sualları cavablandırılıb.

Maliyyə Savadlığı Şurasının rəhbərliyi təyin olunub

14 aprel 2017-ci il tarixində keçirilən Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin (RH) iclası zamanı Maliyyə Savadlığı Şurasının (MSŞ) Əsasnaməsi, Şuranın sədri və müavini, həmçinin ABA-nın maliyyə savadlılığı üzrə strategiyasının hazırlanması üzrə İşçi Qrupun üzvləri təsdiq edilib. Şuraya sədrliyi “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sədrinin müavini Akşin Əmirov,  sədr müavini isə “Unibank”ın İdarə Heyətinin sədrinin müavini/Baş […]

ABA-nın Ekspert Qrupları mükafatlandırılıb

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclası zamanı 2016-cı ildə aktiv fəaliyyəti ilə seçilən Ekspert Qrupları “İlin Ən Fəal Ekspert Qrupu” nominasiyası üzrə təltif ediliblər. Qiymətləndirməyə əsasən, ABA-nın “Hüquqi məsələlər üzrə” Ekspert Qrupu I yerə layiq görülüb. Mükafatı qrupun sədri, “Ata Holding” MMC-nin Hüquq Departamentinin direktoru Qorxmaz Ağayev qəbul edib. II yeri isə “Ödəniş sistemləri […]

ABA-nın Ekspert Qrupu ilə Maliyyə Monitorinqi Xidməti arasında görüş keçirilib

17 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun maliyyələşdirməsinə (ÇPY/TMM) qarşı mübarizə və komplayns üzrə” Ekspert Qrupunun təşəbbüsü ilə bank nümayəndələri və Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidmətinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə vergi qanunvericiliyinə edilən dəyişikliklər və “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu”nun tətbiqi ilə əlaqədar bankların sualları cavablandırılıb […]

MÜDDƏT