Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) təşəbbüsü ilə “Azərbaycanda Ev Təsərrüfatlarının Borcluluğu ilə bağlı ikinci Sorğu” təşkil edilmişdir. Bu sorğunun nəticələrinin açıqlanması üçün Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Bank Tədris Mərkəzi, Azərbaycan Mikromaliyyə Assosiasiyası və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir. İclasda Azərbaycan Banklar Assosiasiyasının “Kredit işi və risk üzrə Ekspert Qrupu”nun üzvləri də iştirak edib. […]
24-25 noyabr 2016-cı il tarixlərində Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” adı altında ilk Bankçılıq Forumu keçirilmişdir. Forumda maliyyə-iqtisad sahəsində tənzimləyici və nəzarət orqanlarının yuxarı menecmenti, kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin ölkəmizdəki səfirliklərinin nümayəndələri, həmçinin digər ölkələrdən dəvətlilər də […]
24-25 noyabr 2016-cı il tarixlərində Azərbaycan Banklar Assosiasiyası tərəfindən Bank Forumu keçiriləcək. “Post-neft dövründə bankçılıq perspektivləri” adlı Forumun məqsədi maliyyə-bank sisteminin post-neft dövrünə adaptasiyası, maliyyə dayanıqlığına dair məsələlərin müzakirəsi, bankçılıq sahəsində yeniliklər və innovasiyalar barədə qabaqcıl təcrübələrin öyrənilməsinə vəsilə olmaqdır. Forum dörd paneldən ibarət olacaq: “Post-neft dövrünün çağırışları: yeni iqtisadi strategiya”; “Böhran şəraitində bankların idarə […]
08.11.2016-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin iclası keçirilmişdir. İclas çərçivəsində yaradılacaq özəl kredit bürosu ilə bağlı məsələlər müzakirə edilmiş, mövzu ilə əlaqədar qərarlar qəbul edilmişdir. Həmçinin iclasda gündəlikdə olan digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Banklar Assosiasiyası (ABA) sosial yönümlü tədbirlərini davam etdirir. Bu istiqamətdə 28 oktyabr 2016-cı il tarixində ABA tərəfindən ilk Banklararası “Breyn Ring” Çempionatı keçirilib. 16 bankdan 100-ə yaxın əməkdaşın iştirak etdiyi Çempionatın qalibi “Bank of Baku” olub. II yeri isə “Bank VTB” komandası tutub. “Dəmirbank” isə ilk üçlüyü tamamlayıb. Qaliblər ABA-nın prezidenti Zakir Nuriyev tərəfindən mükafatlandırılıb. […]