Xəbərlər

Müddət

ARMB, ABA və “Mastercard Worldwide”ın dəstəyi ilə kiçik və orta sahibkarlar üçün “workshop” keçirilib

12 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı (ARMB), Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı və “Mastercard Worldwide” beynəlxalq ödəniş sisteminin dəstəyi ilə kiçik və orta sahibkarlar üçün kibertəhlükəsizlik mövzusunda “workshop” keçirilib. “Workshop” çərçivəsində kibertəhlükəsizliyə baxış, Azərbaycanda kibertəhlükəsizlikdə ümumi təhlükə mənzərəsi, ölkədə müxtəlif sahələr üçün aparıcı təhlükə aktorları, hücum növləri və hədəflənmiş aktivlər, kiçik biznesə […]

Mərkəzi Bankın sədrindən AZTV-yə eksklüziv müsahibə: məzənnə ilə bağlı vacib açıqlama verib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov AZTV-yə eksklüziv müsahibə verib. Sədr bildirib ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin sonuna illik inflyasiyanın 6% civarında olacağını proqnozlaşdırır. “Bu ilin avqust ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 108% təşkil edib. Yəni əmtəə və xidmətlər 8% bahalaşıb. Bura, həm ərzaq, həm də qeyri-ərzaq malları aiddir. […]

ABA-nın “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir

12 oktyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun “Zoom” platforması vasitəsilə növbəti onlayn iclası keçirilmişdir. Görüş çərçivəsində ödəniş kartları ilə aparılan əməliyyatlarda tətbiq edilən interçeync xidmət haqları, ölkədaxili “card-to-card” tipli ödəniş əməliyyatları üzrə yaranan mübahisəli halların həlli və digər cari layihələr müzakirə edilmişdir. Əlavə […]

ABA ilə ASA arasında əməkdaşlıq Memorandumu imzalandı

06 oktyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) arasında əməkdaşlıq Memorandumu imzalanmışdır. Azərbaycanda əhalinin və biznesin müxtəlif xarakterli risklərə qarşı müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən genişmiqyaslı intensiv əməkdaşlıq platforması formalaşdırılıb. Yeni əməkdaşlıq platforması bank müştərilərinin həyatı, sağlamlığı və əmlakı ilə bağlı mövcud olan […]

“Citibank” nümayəndələri ilə görüş keçirilib

4 oktyabr 2023-cü il tarixində “Citibank”  nümayəndələri ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi və ABA-nın nəzdində fəaliyyət göstərən “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun sədri arasında görüş baş tutub. Görüş zamanı Azərbaycanın bank sektoru ilə “Citibank” arasında müxbir əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsinə dair müzakirələr aparılıb. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı […]

MÜDDƏT