18 iyul 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Asiya İnkişaf Bankının (ADB) nümayəndə heyəti arasında görüş baş tutub. Görüş ADB tərəfindən həyata keçirilən “İxrac və Dəyər Zəncirinin Tədqiqi üzrə Texniki Yardım Məsləhətləşmə Missiyası” çərçivəsində təşkil edilib. Tədbirdə ABA-nın nəzdində fəaliyyət göstərən müvafiq Ekspert Qruplarının nümayəndələri və Assosiasiyanın üzv banklarının təmsilçiləri iştirak ediblər. Müzakirələr […]
16 iyul 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) tərəfindən bank nümayəndələri üçün “Layihə maliyyələşdirilməsi kreditləri: Giriş” mövzusunda təlim təşkil edilib. Təlim Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının “Bank sektoru üzrə təklifi genişləndirən tədbirlərin həyata keçirilməsi” tədbiri çərçivəsində hazırlanmışdır. Bank sektorunda yeni fəaliyyətə başlayan […]
Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən əhalinin müxtəlif təbəqələrinin rəqəmsal ödənişlər sahəsində maarifləndirilməsi, ictimaiyyətdə rəqəmsal ödənişlər üzrə fırıldaqçılıq əməliyyatlarına dair məlumatlılığın daha da artırılması istiqamətində aktiv fəaliyyət davam etdirilir. Növbəti uğurlu layihə olaraq ABA nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”n rəhbəri Tamerlan Rüstəmov tərəfindən gələcək nəslin rəqəmsal ödənişlər haqqında daha bilikli […]
Azərbaycan Mərkəzi Bankı “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”na dəyişikliklər edib. Yenilənmiş qaydalar 1 avqust 2025-ci ildən qüvvəyə minəcək və banklarda likvidlik mövqelərinin daha dayanıqlı şəkildə formalaşdırılmasına yönəlib. Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ekspert Qrupunun üzvü Məmməd Həsənov dəyişikliklərin mahiyyəti barədə açıqlama verib. Ekspert bildirib ki, bu addım bank sektorunun dayanıqlığını artıracaq və real iqtisadiyyatın maliyyələşdirilməsini […]
11 iyul 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu” ilə Dünya Bankının FSMP3 (Financial Sector Modernization Project Phase 3) layihəsi çərçivəsində ölkəmizə səfər edən Missiya heyəti arasında görüş keçirilib. Görüş zamanı ölkənin bank sektorunun ümumi vəziyyəti, fəaliyyət istiqamətləri, əsas çağırışlar və gələcək imkanların müzakirəsi olub. Görüşdə […]