Xəbərlər

Müddət

ABA-nın “Kredit işi və risk” üzrə Ekspert Qrupunun iclası keçirilib

07 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Kredit işi və risk” üzrə Ekspert Qrupunun iclası keçirilib. İclasda Qrupun İş Planına uyğun görülməli işlər, eyni zamanda cari vəziyyətlə əlaqədar məsələlər müzakirə edilib. Həmçinin iclasda nağdsız əməliyatların stimullaşdırılması məqsədilə fərdi sahibkar və hüquqi şəxs müştərilərin hesabları üzrə aparılan nağd əməliyyatlara nəzarətin gücləndirilməsi ilə əlaqədar məsələlər […]

Telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması ilə bağlı bankların sualları cavablandırılıb

7 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələr üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilib. Azərbaycan  Respublikasının  Nəqliyyat,  Rabitə  və  Yüksək  Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzİnTelecom” MMC-nin rəhbərliyinin iştirakı ilə keçirilən görüşdə banklarda olan telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması məsələsi ətrafında fikir mübadiləsi aparılıb və bankların sualları cavablandırılıb.

Kredit işi və risk üzrə Ekspert Qrupunun üzvləri üçün seminar keçirilmişdir

ABA-nın nəzdində fəaliyyət göstərən Kredit işi və risk üzrə Ekspert Qrupunun üzvləri üçün  30 mart 2017-ci il tarixində Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) tərəfindən “Risklərin idarə olunması” mövzusunda seminar keçirilmişdir. Seminarın spikeri SBFIC-nin Korporativ İdarəetmə Departamentinin direktoru xanım Renate Stopsack olmuşdur. Renate Stopsack korporativ inkişaf, o cümlədən korporativ və risk strategiyaları, bazar qiyməti və […]

Bankların “HR” departamenti rəhbərlərinin görüşü keçirilib

4 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Tədris strategiyaları və insan resurslarının idarə olunması üzrə” Ekspert Qrupunun iclas keçirilib. BBN.az xəbər verir ki, iclasda “Əmək haqqı sorğusu” layihəsinin müzakirəsi mövzusunda və maliyyə savadlılığı üzrə  borclanmaya dair müştərilərə yönəlik ümumi məsləhətlər ətrafında müzakirələr aparılıb. Eyni zamanda, iştirakçılar insan resursları üzrə böhran dövründə qeyri-maddi motivasiya, daxili […]

“Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar” adlı KONFRANS keçiriləcək

5 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən “Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar” adlı Konfrans keçiriləcəkdir. Tədbir ölkədə kiçik və orta sahibkarların maliyyə resurslarına çıxışının təkmilləşdirilməsi üzrə səylərin tərkib hissəsidir. Bu sahədə islahatlar fiziki şəxlərə və şirkətlərə dövriyyədə olan mallar və avadanlıq kimi daşınar əmlaklara […]

MÜDDƏT