Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “ÇYP qarşı mübarizə və Komplayens” üzrə Ekspert Qrupu ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) və Maliyyə Monitorinqi Xidmətinin (MMX) nümayəndələrindən ibarət “Müvəqqəti İşçi Qrupu” yaradılıb. Qrupun məqsədi qanunvericilikdə baş vermiş son dəyişikliklər və MBNP-nin tələblərinin icrası üçün standart yanaşma konsepsiyasının işlənib hazırlanmasıdır. Qrupun kordinatoru “Yapıkredi Bank Azərbaycan” QSC-nın nümayəndəsi […]
Bəzi mətbu orqanlarda Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələrinin 20-22 aprel 2017-ci il tarixində Yalta şəhərində keçirildiyi iddia edilən iqtisadi forumda iştirak etdiyi ilə bağlı yanlış xəbərlər yayılmışdır. Bildirmək istərdik ki, bu xəbərlər tamamilə əsassızdır və ABA-nın heç bir nümayəndəsi Yalta şəhərində nə 20-22 aprel 2017-ci il, nə də başqa bir tarixdə keçirilən hər hansı bir tədbirdə […]
21 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının “ipoteka proqramının inkişafı üzrə” Ekspert Qrupu ilə “Azəşgah Həyat Sığorta”, “QALA Həyat Sığorta” və “PAŞA Həyat Sığorta” şirkətinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə ipoteka kreditləşməsi zamanı banklar və sığorta şirkətləri arasında olan münasibətlər müzakirə edilib, bankların sualları cavablandırılıb.
14 aprel 2017-ci il tarixində keçirilən Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin (RH) iclası zamanı Maliyyə Savadlığı Şurasının (MSŞ) Əsasnaməsi, Şuranın sədri və müavini, həmçinin ABA-nın maliyyə savadlılığı üzrə strategiyasının hazırlanması üzrə İşçi Qrupun üzvləri təsdiq edilib. Şuraya sədrliyi “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sədrinin müavini Akşin Əmirov, sədr müavini isə “Unibank”ın İdarə Heyətinin sədrinin müavini/Baş […]
Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclası zamanı 2016-cı ildə aktiv fəaliyyəti ilə seçilən Ekspert Qrupları “İlin Ən Fəal Ekspert Qrupu” nominasiyası üzrə təltif ediliblər. Qiymətləndirməyə əsasən, ABA-nın “Hüquqi məsələlər üzrə” Ekspert Qrupu I yerə layiq görülüb. Mükafatı qrupun sədri, “Ata Holding” MMC-nin Hüquq Departamentinin direktoru Qorxmaz Ağayev qəbul edib. II yeri isə “Ödəniş sistemləri […]