Mərkəzi Bank tərəfindən BBN-ə verilən məlumatda deyilir ki, Bakı şəhərində “Formula-1” Avropa Qran-pri yarışlarının keçirilməsi ilə əlaqədar ölkəyə gələcək çoxsaylı xarici qonaqların və turistlərin milli və xarici valyutaya ehtiyaclarının kommersiya bankları tərəfindən effektiv ödənilməsi üçün Mərkəzi Bankın iş qrafiki uzadılmış və qeyri-iş günləri də daxil olmaqla banklara intensiv nağd pul xidmətlərinin göstərilməsi nəzərdə tutulmuşdur. Eyni […]
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə “2016 Formula 1 Avropa Qran Prisi” ilə əlaqədar olaraq Bakının mərkəzində yerləşən bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq. Yarışlar zamanı paytaxtımıza əhəmiyyətli turist axınının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanının təmin edilməsinin zəruri olduğu qeyd olundu. R.Aslanlı şəhərin mərkəzi hissəsində, xüsusilə […]
Bir müddətdir mətbuatda yer alan “Əmək haqqından kredit tutula bilərmi?” sualına müxtəlif fikirlər yönəldildi. Bəziləri bu halın qanunsuz olduğu barədə idialar irəli sürdülər. Azərbaycan Banklar Assosiasiyasının Hüquqi məsələlər üzrə Ekspert Qrupu BBN.az saytının sorğusuna verdikləri açıqlamada bu suala tam aydınlıq gətiriblər. Məsələni tam şəkildə açıqlamaq üçün diqqətinizi bir neçə məsələyə yönəltmək istərdik. Bank hesabı və ya kredit müqaviləsinə […]
26 may 2016-cı il tarixində Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyası Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların rəhbərləri arasında görüş keçirilib. ABA-nın yaydığı məlumata əsasən, Missiyaya Məhəmməd El Qorçi rəhbərlik edib. Görüş zamanı, bankların fəaliyyət göstərdiyi institusional mühit, borcvermə standartları, bankların restruktizasiyası, rəqabət mühiti, dollarlaşma və sair məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.
23 may 2016-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında Təminatlı Əqdlər (daşınar əmlakın yüklülüyü) sahəsində birgə fəaliyyətlə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə Təminatlı Əqdlərdən istifadənin cari səviyyəsi ilə bağlı sorğunun keçirilməsi, bu sahədə islahatlara dəstək olmaq üçün konfrans və seminarların təşkili, “Təminatlı Əqdlər Haqqında Qanun”un layihə şəklində hazırlanaraq banklarla birlikdə […]