Xəbərlər

Müddət

FİNTEX SAMMİT 2023 çərçivəsində baş tutan yan tədbirlər

Bildiyiniz kimi, Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən 13-14 iyun 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə ənənəvi FİNTEX SAMMİT 2023 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO): “Bank və maliyyə ekosistemində yeni trendlər: innovativ həllər, fintex və təhlükəsizlik” tədbiri keçirilmişdir. Sammit çərçivəsində 3 yan tədbir təşkil edilmişdir. Bunlardan ilki, 12 iyun 2023-cü il tarixində ABA və […]

Innovation for Azerbaijan: Yeni İT məhsulları və Fintech həlləri – növbəti Fintex Summit 2023 tədbirində təqdim olundu

13-14 iyun tarixlərində Marriott Baku Boulevard otelində növbəti FİNTEX SUMMİT 2023 tədbiri uğurla keçirildi. Regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbirlərindən biri olan Sammitin əsas mövzusu “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” idi. Azərbaycan Banklar Assosiasiyası və AR Mərkəzi Bankının təşkilatçılığı ilə keçirilən tədbirin Baş sponsoru Altair Technologies MMC və […]

“Agile idarəetməyə keçid prosesi üzrə Türkiyə təcrübəsi” mövzusunda seminar keçirilmişdir

14 iyun 2023 cü il tarixində Azərbaycan Bank Tədris Mərkəzi və Türkiyənin “Projera” şirkətinin birgə təşkilatçılığı ilə “Agile idarəetməyə keçid prosesi üzrə Türkiyə təcrübəsi” mövzusunda seminar keçirilmişdir. Seminarda “Agile” və “Scrum”un banklarda transformasiyaya verdiyi töhfə, Türkiyə banklarında uğurlu çevik transformasiya prosesləri, çevik liderlik kimi mövzulara toxunulmuş, bankların (ING Bank, Ziraat Katılım, Kuveyttürk və s.) və […]

ABA ilə “SWIFT” şirkətinin birgə əməkdaşlığı çərçivəsində vebinar keçirilmişdir

12 iyun 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və dünyada maliyyə institutlarına təhlükəsiz, standartlaşdırılmış, etibarlı mühitdə maliyyə əməliyyatları üzrə ixtisaslaşan “SWIFT” şirkətinin birgə əməkdaşlığı çərçivəsində “Bulud Alyansı” (Alliance Cloud) mövzusunda vebinar keçirilmişdir. Vebinarın spikeri Avropa, Rusiya, Qafqaz və Mərkəzi Asiyadakı banklara infrastrukturun təkamülünə dəstək verən və “SWIFT” şirkətinin baş həll memarı (Senior Solution Architect) […]

Azərbaycan Banklar Asssosiasiyası ilə Macarıstan Banklar Assosiasiyası arasında Saziş imzalanmışdır

13 iyun 2023-cü il tarixində Azərbaycan Banklar Asssosiasiyası ilə Macarıstan Banklar Assosiasiyası arasında “Kadr Mübadiləsi” üzrə Saziş imzalanmışdır. Saziş Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və Macarıstan Banklar Assosiasiyasının Baş iqtisadçısı Réka Hámori tərəfindən imzalanmışdır. Sazişdə, tərəflərin hər ikisi kadr mübadiləsi proqramının bir hissəsi olduqlarını bildirir və bu proqram çərçivəsində kadrların mübadiləsinə qoşulan əməkdaşlar assosiasiyaların fəaliyyətinə […]

MÜDDƏT