Xəbərlər

Müddət

ABA-nın Ekspert Qrupları Şuşaya səfər edib

14-15 oktyabr 2022-ci il tarixlərində, Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə ABA nəzdində fəaliyyət göstərən Ekspert Qrupu üzvlərinin mədəniyyət paytaxtımız olan Şuşaya səfəri baş tutub. Səfər proqramı çərçivəsində keçirilən işgüzar görüşdə “İşğaldan azad olunmuş ərazilərdə innovativ maliyyə-bank xidmətlərinin qurulması” istiqamətində  müzakirələr aparılıb. Eyni zamanda qrup üzvləri ilə birlikdə Şuşa şəhərinin  tarixi memarlıq abidələri ziyarət edilib, […]

ABA-nın eksperti Tamerlan Rüstəmov beynəlxalq sammitdə çıxış etmişdir

6-7 oktyabr 2022-ci il tarixində Avstriyanın Vyana şəhərində bank sistemində rəqəmsal transformasiya sahəsində aparılan islahatların müzakirə edildiyi beynəlxalq “Bankçılıq 4.0 rəqəmsallaşma və transformasiya Sammit”i keçirilmişdir. Sözügedən tədbirdə, Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun sədri və “Bank of Baku “ASC-nin Ödəniş sistemləri departamentinin direktor müavini Tamerlan Rüstəmov […]

ABA-nın eksperti Əfqan Baxışov xarici tələbələrlə bank sistemi haqqında müzakirələr aparıb

Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan HES – SO Ali idarəetmə və iqtisadiyyat məktəbinin magistratura mərkəzinin direktoru Lukas Başunqun və koordinator Virtz Yuliyanın rəhbərliyi ilə 15 isveçrəli tələbə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təcrübə keçir. Bu proqram çərçivəsində 29 sentyabr 2022-ci il tarixində Azərbaycan Banklar Assosisasiyasının “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun […]

“Korporativ istiqrazlar: peşəkar təhlil və risk yanaşması” müsabiqəsinin final mərhələsi keçirilmişdir

30 sentyabr 2022-ci il tarixində “Landmark” Hoteldə Azərbaycan Banklar Assosiasiyasının (ABA) ilə Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA) əməkdaşlığı çərçivəsində “Korporativ istiqrazlar: peşəkar təhlil və risk yanaşması” müsabiqəsinin final mərhələsi keçirilmişdir. Müsabiqənin əvvəlində AFBİA-nın İdarə Heyətinin Sədri Ceyhun Hacıyev çıxış edərək, ABA və Azərbaycan Respublikasının Mərkəzi Bankına göstərdikləri dəstəyə görə təşəkkürünü bildirmiş və bu cür tədbirlərin bank […]

“Token əməliyyatlarında fraud menecmenti üzrə ən yaxşı təcrübələr” mövzusunda vebinar keçirilib

Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı və “Visa inc.” beynəlxalq ödəniş sisteminin dəstəyi ilə 28 sentyabr 2022-ci il tarixində “Token əməliyyatlarında fraud menecmenti üzrə ən yaxşı təcrübələr” mövzusunda vebinar keçirilmişdir. Qeyd edilən mövzuda “Apple” şirkətinin mühəndislik proqramı üzrə meneceri Paul Samuels, “Visa CEMEA”nın risk üzrə meneceri Anastasiya Batlukova, risk və data məhsulları üzrə baş meneceri Vitali Paşkov, […]

MÜDDƏT