Mediatorların maliyyə savadlılığının, bank biliklərinin artırılması məqsədi ilə təlimlər davam edir

Əlavə edilib:

Maliyyə Mübahisələri Komitəsinin (MMK) layihəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Mediasiya Şurasının birgə əməkdaşlığı ilə mediatorların maliyyə savadlılığının, bank məsələləri ilə bağlı biliklərinin artırılması məqsədi ilə təlimlər davam edir.

23 iyun 2032-cü il tarixində baş tutan növbəti təlim “PAŞA Bank”ın Hüquq məsələləri şöbəsinin rəhbəri, Mediasiya Şurasının üzvü İlham Hüseynov tərəfindən keçirilib.

Təlimdə mediatolarla yanaşı Mərkəzi Bank, ABA və Mediasiya Şurasının nümayəndələri də iştirak edib.

MÜDDƏT