“Mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun onlayn iclası keçirilib

27 aprel 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Mühasibat uçotu, vergi və hesabatlılıq üzrə” Ekspert Qrupunun onlayn iclası keçirilmişdir.

İclas zamanı qrupun fəaliyyət istiqamətləri, mühasibat uçotu ilə əlaqədar istiqamətlər, vergi və vergi qanunvericiliyi, hesabatlılıq kimi mövzular müzakirə edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT