“Nağdsız Cəmiyyət Günləri” çərçivəsində “Mənim Nağdsız Cəmiyyət Layihəm” adlı təlimə start verildi

Əlavə edilib:

“Nağdsız Cəmiyyət Günləri”-nə start verildi

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının birgə iştirakı ilə “Nağdsız Cəmiyyət Günləri” çərçivəsində “Mənim Nağdsız Cəmiyyət Layihəm” adlı təlimə start verildi.

Cari ilin 29-31 oktyabr tarixlərini əhatə edən bu təlimdə Azərbaycan Dövlət İqtisad Universitetinin 50-ə yaxın tələbəsinə “Nağdsız iqtisadiyyat və bu istiqamətdə startaplar (fintexlər)”, “Azərbaycanda layihələr üçün grantların əldə edilməsi yolları” və “Layihələrin idarəedilməsi, mərhələləri və burada istifadə olunan metodlar” mövzularda seminar və təlimlər keçiriləcək, tələbələri maraqlandıran suallara aydınlıq gətiriləcəkdir.

Həmçinin 29 oktyabr tarixində “MilliKart” MMC-nin experti Müslüm Pənahov çıxış edərək önəiş kartları və onlarla aparılan əməliyyatlara dair təqdimat keçəçəkdir.

“Nağdsız Cəmiyyət Günləri” çərçivəsində tədbirlərin keçirilməsi davam etdirilir.

MÜDDƏT