“Nağdsız Cəmiyyət Günləri” keçirilir

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyası təşkilatçılığı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə 29 oktyabr – 08 noyabr 2019-cu il tarixləri ərzində “Nağdsız Cəmiyyət Günləri” keçiriləcəkdir.

“Nağdsız Cəmiyyət Günləri”ndə nağdsız iqtisadiyyat, rəqəmsal ödənişlər və buradakı innovativ həllər ilə əlaqədar mövzularda bank əməkdaşlarına, jurnalistlərə və tələbələrə təlimlərin, seminarların və “Meetup”ların təşkili, eləcə də nağdsız ödənişləri stimullaşdıracaq kampaniyaların keçirilməsi planlaşdırılır.

Ümumilikdə, “Nağdsız Cəmiyyət Günləri” çərçivəsində aşağıdakı tədbirlərin keçirilməsi nəzərə tutulur.

1.       26 sentyabr- 7 noyabr:  “Nağdsız Cəmiyyətə Doğru” məqalə müsabiqəsi;

2.       29 oktyabr 31 oktyabr: “Mənim Nağdsız Cəmiyyət Layihəm” təlimi;

3.       29 oktyabr- 7 noyabr: “BirBankla ödəyən qazanır!” layihəsi;

4.       31 oktyabr- 7 noyabr: “Nağdsız ödəyən qazanır!” layihəsi;

5.       31 oktyabr: “Rəqəmsal ödənişlər” təlimi;

6.       1 noyabr: Tələbə kartlarının təqdimatı;

7.       1 noyabr:  “Rəqəmsal bankın formaları” seminarı;

8.       4 noyabr:  “Fraud əməliyyatlarının qarşısının alınması” təlimi;

9.       4 noyabr:  Jurnalistlərə ödəniş sistemləri ilə bağlı təlim;

10.     5 noyabr: Rəqəmsal ödənişlərdə innovativ hallar və risklərin idarəedilməsi;

11.     5 noyabr: Open Banking Meetup;

12.     6 noyabr: Azərbaycan Banklar Assosiasiyası və Beynəlxalq Valyuta Korporasiyası arasında Anlaşma Memorandumunun imzalanması;

13.     6-7 noyabr: IV Beynəlxalq Bankçılıq Formu; 

14.     7 noyabr: Oracle Meetup; 

15.     8 noyabr: SWIFT Meetup.

MÜDDƏT