“Ödəniş əməliyyatlarında fırıldaqçılıq halları üzrə statistik hesabatlarının tərtibi və təqdim edilməsinə dair TƏLİMAT” müzakirə edilmişdir

Əlavə edilib:

17 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB), Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”nun üzvləri və Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında onlayn görüş keçirilmişdir.

Onlayn görüş çərçivəsində “Ödəniş əməliyyatlarında fırıldaqçılıq halları üzrə statistik hesabatlarının tərtibi və təqdim edilməsinə dair TƏLİMAT” müzakirə edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT