“Ödəniş sistemləri və alternativ xidmət kanalları” üzrə Ekspert qrupu “Ödənişlər üzrə İllik Regional Forumu 2019” da iştirak ediblər

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə Ekspert qrupu”nun “Azər-Türk Bank” ASC, “AG Bank” ASC, “Kapital Bank” ASC, “Respublika Bank” ASC, “Avrasiya Bank” ASC, “Xalq Bank” ASC və “Rabitəbank” ASC üzrə nümayəndələri “VİSA Inc.” beynəlxalq kart təşkilatı tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Ödənişlər üzrə İllik Regional Forumu 2019” da iştirak ediblər.

Regionda elektron ödənişlərin inkişafı, innovativ texnoloji həllərin tətbiqinin genişləndirilməsi və qabaqcıl ölkə təcrübələrinin açıqlandığı bu Forumda müxtəlif ölkələrdə 400-ə yaxın nümayəndə təmsil olunurdu. Forumun gündəliyinə həmçinin Süni İntellekt ilə təmin edilmiş platformalar, Omni channel Bank modeli, virtual və artırılmış reallıq (VR/AR), Böyük Həcmli verilənlər Bazası (Big Data), Neo-bankçılıq, və digər mövzular daxil edilmişdir. Tədbirdə bank sisteminin geniş tərkibdə təmsil olunması əldə olunan beynəlxalq təcrübənin ölkəmizdə uğurla tətbiqinə imkan yaradır.

MÜDDƏT