“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” üzvlərinin İtaliya Respublikasına rəsmi səfəri baş tutmuşdur – Foto

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyasının (ABA), Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə ABA-nın nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” üzvlərinin 5-8 noyabr 2024-cü il tarixlərində rəqəmsal ödəniş ekosistemi sahəsində qabaqcıl tendensiyaların izlənilməsi və təcrübə mübadiləsinin aparılması məqsədilə İtaliya Respublikasının Roma və Milan şəhərlərinə rəsmi səfəri baş tutmuşdur.

Rəsmi səfər çərçivəsində İtaliya Mərkəzi Bankı, İtaliya Banklar Assosiasiyası, İntesa Sanpaolo, Banco BPM, Banca Mediolanum, Poste İtaliane ilə yanaşı, Bancomat (lokal ödəniş kartı sistemi) və Fabrick (açıq bankçılıq sahəsində ixtisaslaşan fintex) təşkilatının rəqəmsal bankçılıq və rəqəmsal ödəniş sistemləri sahəsində struktur bölmə rəhbərləri ilə görüşləri keçirilmişdir.

Keçirilən görüşlərdə rəqəmsal ödənişlər sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və infrastruktur islahatlarının həyata keçirilməsi istiqamətləri, habelə innovativ həll və texnologiyaların tətbiqi, rəqəmsal transformasiyanın sürətləndirilməsi müzakirə mövzusu olmuşdur.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

MÜDDƏT