“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun 2021-ci ildə ilk iclası keçirilmişdir

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri  və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun 27 yanvar tarixində keçirilən onlayn iclasında rəqəmsal ekosistem üzrə bir sıra məsələlər müzakirə edilmişdir.

Ekspert Qrupunun üzvləri “YAŞAT” Yaralıların və Şəhid Ailələrinin Təminatına Dəstək Fondunun yaradılmasını yüksək qiymətləndirərək rəqəmsal ödənişlər sahəsində irəli sürülən təklifləri qarşılıqlı müzakirə etdilər. “YAŞAT” ödəniş kartının emissiya şərtlərinə toxunularaq fondun maddi dəstəyindən yararlanacaq vətəndaşlar tərəfindən bank seçiminin müstəqil qaydada həyata keçirilməsi zərurəti qeyd edilərək bu məhsul üzrə təqdim ediləcək güzəştlər təhlil edildi.

İclasda həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankı ilə ödəniş sistemləri sahəsində hesabatlığın təkmilləşdirilməsi istiqamətində görülən işlərə, Mərkəzi Bankın operatoru olduğu Baklararası Kart Mərkəzi ödəniş sistemi üzrə hüquqi və prosedural münasibətlərin təkmilləşdirilməsi üçün təkliflər paketinin hazırlanmasına toxunuldu.

MÜDDƏT