“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun iclası baş tutub

Əlavə edilib:

9 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun cari ildəki ilk iclası baş tutub.

“PAŞA Bank” ASC-nin baş ofisində keçirilən iclasda Azərbaycan Respublikası Mərkəzi Bankının operatoru olduğu Hökumət Ödəniş Portalında təqdim edilən xidmətlər və mövcud tarif siyasəti, ödəniş kartları ilə ölkə daxilində aparılan “card to card” əməliyyatları müzakirə edilmişdir. Bununla yanaşı, ekspertlər təsərrüfat subyektlərinin kateqoriya kodları üzrə vahid yanaşmanın tətbiqi, 2023-cü il ərzində həyata keçiriləcək tədbirlərə dair ümumi razılığa gəlmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT