“Ödəniş sistemləri və Rəqəmsal Bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib

Əlavə edilib:

10 sentyabr 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib.

İclas zamanı ödəniş kartlarının müəyyən hissəsinə uyğun bank hesablarının açılmamasının ölkədə rəqəmsal ödənişlərdən istifadənin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə nəzərdə tutulmuş bir çox tədbirlərin effektiv icrasına maneələr yaratması, həmçinin aşağı gəlirli əhali qrupları üçün pulsuz “Baza bank xidmətləri”nin tətbiqi üzrə Mərkəzi Bank tərəfindən hazırlanmış təkliflər paketi istiqamətlərində müzakirələr aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT