“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun onlayn iclası keçirilib

Əlavə edilib:

30 aprel 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının nəzdindəki “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun onlayn iclası keçirilmişdir.

Qeyd edək ki, iclasda Ekspert Qrupunun üzvləri ilə yanaşı, Azərbaycan Respublikasının Mərkəzi Bankının, həmçinin “MilliKart” MMC və “Azericard” MMC-nin nümayəndələri də iştirak edirdi.

İclasda Mərkəzi Bank tərəfindən pandemiya dövründə nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və iqtisadi subyektlərin bu xidmətlər üzrə xərclərinin azaldılması məqsədilə banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqlarının, habelə sahibkarlıq subyektlərinin ödəniş kartları ilə ödənişlərinin qəbulu zamanı xərclərinin azaldılması məqsədilə ekvayer tariflərinin  30 sentyabr 2020-ci il tarixinədək 50% aşağı salınmasına dair banklara ünvanlanan müraciət məktubu müzakirə edilmişdir.

Bu güzəştlərin tətbiqi mexnaizminin və bu məqsədlə Azərbaycan Banklar Assosiasiyası səviyyəsində koordinasiyanın təşkilinin geniş müzakirə olunduğu iclasın nəticəsində növbəti mərhələdə bu istiqamətdə atılacaq addımlar müəyyənləşdirilmişdir.

MÜDDƏT