“Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” müzakirə olunub

Əlavə edilib:

1 oktyabr 2021-ci il tarixində ABA-nın nəzdində yaradılmış İşçi qrupu tərəfindən “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”na (Qaydalar) təklif edilən əlavə və dəyişikliklər Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələri ilə birgə müzakirə edilmişdir.

Müzakirə çərçivəsində əsasən yeni nəsil innovativ POS-terminal şəbəkəsinin formalaşdırılması və mövcud prosesin daha da təkmilləşdirilərək effektivliyin yüksəldilməsi üzrə əlavə və dəyişikliklərə toxunulmuşdur. Təklif edilən dəyişikliklərə qabaqcıl ödəniş ekosisteminə malik ölkələrdə olduğu kimi mobil telefonlardan POS-terminal olaraq istifadə edilməsi və rəqəmsal ödənişlərin qəbul edilməsi də daxildir.

MÜDDƏT