“Polygraf AI” şirkətinin texnoloji həlləri təqdim olunub

Əlavə edilib:

17 noyabr 2026-cı il tarixində Azərbaycan İnnovasiya Mərkəzində ABŞ-nin “Polygraf AI” şirkətinin süni intellekt təhlükəsizliyi və idarə edilməsi sahəsində texnoloji məhsullarının təqdimatı keçirilib.Görüşdə bank sektorunun nümayəndələri də iştirak ediblər.

Tədbirdə şirkətin “AI Behavioral Control Plane” platformasının imkanları nümayiş etdirilib. Platforma həssas məlumatların qorunması, məlumat sızmasının qarşısının alınması, AI agentlərinə real vaxt rejimində nəzarət və təhlükəsizlik risklərinin müəyyənləşdirilməsi üzrə həlləri əhatə edir.

Təqdimat çərçivəsində süni intellekt texnologiyalarının bank sektorunda təhlükəsiz tətbiqi və maliyyə məlumatlarının mühafizəsi məsələləri diqqət mərkəzində olub.

MÜDDƏT