İqtisadiyyat və jurnalistika tələbələri üçün praktiki təlim təşkil olunub

Əlavə edilib:

13 oktyabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının rəsmi mətbu orqanı olan “Banklar və Biznes” Qəzeti (BBN.az) tərəfindən Yapı Kredi Bank Azərbaycan QSC-nin təşkilati dəstəyi ilə praktiki təlim təşkil olunub.

Tədbir “Məsuliyyətli borclanma” mövzusunda keçirilən məqalə müsabiqəsi çərçivəsində baş tutub.

Praktiki təlimdə tələbələrə“Hər bir jurnalist bunu bilməlidir” və “Məsuliyyətli borclanma” mövzusunda peşəkarlar tərəfindən təqdimatlar  edilib.

Həmçinin elan edilmiş müsabiqə ilə əlaqədar olaraq, “Məsuliyyətli borclanma” mövzusunda yazılacaq məqalələrə olan tələblər daha geniş formada təlim  iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda iştirakçılar sertifikatlarla təltif edilib və birgə xatirə şəkli çəkdirilib.

Xatırladaq ki, Azərbaycan Banklar Assosiasiyasının rəsmi mətbu orqanı olan “Banklar və Biznes” Qəzeti (BBN.az), Yapı Kredi Bank Azərbaycan QSC-nin təşkilati dəstəyi ilə Həsən bəy Zərdabinin anım gününə hərs edilmiş “Məsuliyyətli borclanma” mövzusunda tələbələrarası məqalə müsabiqəsi elan edib.

MÜDDƏT