Problemli kreditlərin idarə edilməsi üzrə Qazaxıstan səfəri başa çatmışdır

Əlavə edilib:

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 2-3 iyul 2025-ci il tarixində Problemli kreditlərin idarə edilməsi mövzusunda bankların bu istiqamətdəki rəhbər şəxsləri üçün Qazaxıstan Respublikasına səfər təşkil edilmişdir. Görüşlər zamanı nümayəndə heyəti  Bank Center Credit (BCC), Halyk Bank, Otbasy Bank və Bereke Bank  kimi aparıcı maliyyə qurumlarının təcrübələri ilə yaxından tanış oldu, qarşılıqlı fikir mübadiləsi və faydalı müzakirələr aparıldı.

Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır.

  • Kredit borcları hansı gecikmə müddətindən sonra məhkəməyə verilir? İcra mərhələsində kredit müqaviləsinə uyğun olaraq faiz borcunun hesablanmasının davam edib-etməməyi;
  • Məhkəməyə müraciət etmədən təminatsız kreditlərin alınması;
  • Məhkəmə prosesi necə başlayır və yekunlaşmaq orta hesabla nə qədər vaxt aparır (qərarın qanuni qüvvəyə minməsi və icrası nəzərə alınmaqla);
  • Məhkəmə rüsumları necə tənzimlənir;
  • Problemli kreditlərin idarə olunmasına müasir yanaşmalar, toksik aktivlərin ləğvinin alternativ yolları;
  • Məhkəmə prosesi üçün qiymətləndirmə müddəti nə qədər davam edir; Girov qoyulmuş malların qiymətləndirilməsi prosesi necədir? İpoteka və girov qoyulmuş əmlakın üzərinə həbs qoyulması və hərrac yolu ilə satışı, habelə girov qoyulmuş əmlakın alternativ yollarla satışı;
  • Müsadirə edilmiş əmlakdan əldə edilən gəlirin bölüşdürülməsi qaydası necədir? Borc qaldıqda yanaşma necədir?;
  • İcra prosesi zamanı tərəflərin məlumatlandırılması proseduru; Xarici vətandaşlara verilən kreditlərin təqibi hansı formada aparılır? (hansı təsir vasitələrindən istifadə olunur, səfirlik , HMO və s.);
  • Vəfat etmiş müştərilərlə bağlı hansı tədbirlər görülür?;
  • Overdraft kartların təqibi prosesi;
  • Problemə düşən SME kreditlərinə yanaşma forması (girovlu, girovsuz);
  • RSTX (şərtlər barədə məlumatlar);
  • Suni intelektin təqibdə tədbiqi barədə məlumat.

 

Qeyd edək ki,  Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 38 mindən çox dinləyiciyə 2600-ə yaxın təlim kursu təşkil edilmişdir.

 

MÜDDƏT