“Rəqəmsal bankçılıq və müştəri bazasının genişləndirilməsi üzrə innovativ yanaşmalar” mövzusunda vebinar keçirilib

Əlavə edilib:

8-9 dekabr 2021-ci il tarixlərində baş tutacaq “V BEYNƏLXALQ BANKÇILIQ FORUMU” çərçivəsində həyata keçirilən yanaşı tədbirlərdən növbətisi baş tutub.

Belə ki, 3 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və Beynəlxalq Maliyyə Korporasiyasının birgə təşkilatçılığı ilə vebinar keçirilmişdir. Vebinar  Banklar və fintexlərin müvafiq əməkdaşları  üçün nəzərdə tutulmuş və “Rəqəmsal bankçılıq və müştəri bazasının genişləndirilməsi üzrə innovativ yanaşmalar” mövzusunu əhatə etmişdir.

Qeyd olunan mövzuda IFC-də (Dünya Bankı Qrupu) Qlobal Rəqəmsal Transformasiya üzrə mütəxəssis Xose M. Moreno De Barreda təqdimatla çıxış etmişdir.

Sonda mövzu üzrə suallar cavablandırılmış və müzakirə aparılmışdır.

MÜDDƏT