“Rəqəmsal ödənişlər və fraud” mövzusunda vebinar keçirilib

Əlavə edilib:

28 sentyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı və “ASEE” və “Payten” şirkətlərinin dəstəyi ilə “Rəqəmsal ödənişlər və fraud” mövzusunda vebinar keçirilmişdir.

Vebinarda, qeyd edilən mövzu çərçivəsində “ASEE” və “Payten” şirkətlərinin nümayəndəsi Visal Özten təqdimatla çıxış etmişdir. Sonda mövzu üzrə suallar cavablandırılmış və müzakirələr aparılmışdır.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT