5 avqust 2019-cu il tarixində “Expressbank” ASC-nin baş ofisində ABA-nın nəzdində fəaliyyət göstərən “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun növbəti iclası baş tutmuşdur.
İclas zamanı aşağıdakı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır:
1. Basel II`yə keçidlə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının strategiyası və bankların bu mövzuda üzərinə düşən öhdəliklər;
2. Korpotariv müştərilər üzrə maksimum borclanma limitlərinin tətbiqi və bununla əlaqədar prudensial normativlərin müəyyənləşməsi məsələsi;
3. Təmassız kartlarda limit və Mobil Bank kimi tətbiqlərin sektora yaratdığı risklər və onların mitiqasiyası üçün həyata keçiriləcək tədbirlər;
4. Dünyada son zamanlar banklara edilən kiberhücumların ölkəmizdə baş vermə ehtimalları və bu tipli hücumlara qarşı bankların atmalı olduqları preventiv addımlar, bu mövzuda requlyator tərəfindən tətbiq ediləbiləcək məcburi tədbirlər;
5. Retail kreditlərdə son zamanlar baş verən artım, gələcəkdə bu artımın bir bum yaratması və bu xoşagəlməz haldan qorunmaq üçün atılacaq addımlar;
6. İstehlak kreditlərində baş verməsi mümkün olan fraud hallar.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.