“Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

Əlavə edilib:

30 sentyabr 2019-cu il Unibank ASC-nin baş ofisində “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib.

İclas zamanı “Bank kapitalının və onun adekvatlığının hesablanması” Qaydalarının yeni layihəsi ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT