“Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

Əlavə edilib:

22 dekabr 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir.

İclas zamanı bankların ehtiyat fondlarının yaradılması ilə əlaqədar toplanmış rəy və təkliflər üzrə müzakirələr aparılmış, digər cari məsələlərə baxılmışdır.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvidir.

MÜDDƏT