“Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun yeni sədri təsdiqləndi

Əlavə edilib:

22 iyul 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclası keçirilmişdir.

İclas çərçivəsində ABA-nın nəzdində fəaliyyət göstərən “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun yeni sədri müəyyənləşdirilmiş və bu vəzifəyə “ABB” ASC-nin Risk Ofisinin rəhbəri vəzifəsini icra edən Fariz Rəhimovun təyin olunması qərara alınmışdır.

Fariz Rəhimovun sədr təyinatı, qrupun fəaliyyətinin daha da gücləndirilməsi və bank sektorunda risklərin idarə olunması sahəsində sistemli və davamlı yanaşmanın təşviqi baxımından mühüm addım kimi qiymətləndirilir.

Qeyd edək ki, “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun əsas məqsədi bank sisteminin dayanıqlı inkişafına töhfə verməkdir. Bu məqsədlə qrup risklərin idarə edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, həmin təcrübələrin yerli bank sektoruna tətbiq imkanlarının araşdırılması, tənzimləyici və nəzarət orqanları ilə əməkdaşlığın gücləndirilməsi, normativ sənədlərin hazırlanmasında iştirak və bu sahədə digər təşəbbüslərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

MÜDDƏT