Sahibkarlar ixrac etdikləri məhsulların dəyərini banklara bildirəcəklər

Əlavə edilib:

3 mart 2017-ci tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) yenilənmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarından irəli gələrək banklar qarşısında yaranmış öhdəliklərlə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının və ABA-nın nümayəndələri, eləcə də bankların ekspertləri arasında görüş keçirilib.

Yeni qaydalara əsasən, ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə Palata nəzarət edəcəkdir.

Bundan irəli gələrək,  Palata ixrac olunan malların müqabilində vəsaitlərin ixracatçılarının bank hesablarına köçürülüb-köçürülmədiyinə nəzarətini banklar tərəfindən verilən məlumatlar əsasında həyata keçirəcəkdir. Bunun üçün hər bir bank, müştərisi olan ixracatçının ixrac etdiyi malın dəyərinə dair məlumatı elektron olaraq əldə etməli, həmin məlumat əsasında vəsaitin daxil olub-olmamasını müəyyən etməli və buna dair müvafiq məlumatını elektron olaraq daxil etməli olacaqdır.

Görüşdə Qaydalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı mexanizm müzakirə edilib  və bankların məsələ ilə əlaqədar təklifləri səsləndirilib.

MÜDDƏT