“Sahibkarların güzəştli maliyyə resurslarına çıxışı ilə bağlı maarifləndirilməsi” mövzusunda onlayn görüş keçirilmişdir

Əlavə edilib:

21 oktyabr 2021-ci il tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşəbbüsü ilə Azərbaycan Banklar Assosiasiyasının, Sahibkarlığın İnkişafı Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC və müvafiq sahibkarlıq subyektlərinin iştirakı ilə “Sahibkarların güzəştli maliyyə resurslarına çıxışı ilə bağlı maarifləndirilməsi” mövzusunda onlayn görüş keçirilmişdir.

Görüş zamanı banklar öz məhsullarını qısa təqdimatlar formasında sahibkarlara təqdim etmiş və onları bu tip məhsulların üstünlükləri və onlara gətirəcəyi fayda barədə məlumatlandırmışdır. Tədbirdə 11 bank iştirak etmişdir və bunlardan “AccessBank” QSC, “Azər Türk Bank” ASC, “Rabitəbank” ASC əməkdaşları təqdimatla çıxış etmişdir.

Sonda mövzu üzrə sahibkarların sualları cavablandırılmış və müzakirələr aparılmışdır.

MÜDDƏT