“Sahibkarların maliyyə xidmətləri sahəsi üzrə maarifləndirilməsi” mövzusunda onlayn görüş keçirilmişdir

Əlavə edilib:

21 may 2021-ci il tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşəbbüsü ilə Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Banklar Assosiasiyasının, Sahibkarlığın İnkişafı Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin və müvafiq sahibkarlıq subyektlərinin iştirakı ilə ölkənin bir sıra regionlarını əhatə etməklə (Bakı, Qəbələ-Oğuz, Şəki, Yevlax və Mingəçevir) “Sahibkarların maliyyə xidmətləri sahəsi üzrə maarifləndirilməsi” mövzusunda onlayn görüş keçirilmişdir.

Görüş zamanı bank əməkdaşları sahibkarlara öz məhsulları və xidmətlərinin təqdimatını etmiş və onları bu tip məhsulların üstünlükləri və onlara gətirəcəyi fayda barədə məlumatlandırmışdır.

Sonda mövzu üzrə müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır.

MÜDDƏT