Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 2-3 iyul 2025-ci il tarixində Subsidiya mexanizmləri və təchizat zəncirinin maliyyələşdirilməsi platformaları mövzusunda bankların bu istiqamətdəki rəhbər şəxsləri üçün Qazaxıstan Respublikasına səfər təşkil edilmişdir. Görüşlər zamanı nümayəndə heyəti “DAMU” Sahibkarlığın İnkişafı Fondu, Bank Center Credit (BCC) və Bereke Bank kimi aparıcı maliyyə qurumlarının təcrübələri ilə yaxından tanış oldu, qarşılıqlı fikir mübadiləsi və faydalı müzakirələr aparıldı.
Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır.
- Hazırda Mikro, kiçik və orta sabihkarlıq subyektləri üçün təklif edilən subsidiyalaşdırma mexanizmləri və onların əsas xüsusiyyətləri;
- Layihə təqdim edən subyektlər üçün əsas seçim meyarları(maliyyə-effektivlik, əhatəlilik, innovasiya səviyyəsi və s.);
- Subsidiya ayrılan layihələrin həyata keçməsi zamanı risklərin müəyyənləşdirilməsi və aradan qaldırılması üçün tətbiq edilən nəzarət mexanizmləri;
- Proqramların effektivliyini ölçmək üçün göstəricilər (iş yerlərinin yaradılması, idxalın əvəzlənməsi və s.);
- Subsidiyaların ayrılması və istifadəsi barədə məlumatlar ictimaiyyətə necə açıqlanır? Elektron platformalar varmı?;
- Yaxın 2–3 illik strateji hədəf olaraq subsidiyalaşdırma sahəsində hansı yeniliklər və genişlənmələr nəzərdə tutulur?;
- Qazaxıstanda bütün banklara və şirkətlərə açıq olan Təhcizat Zəncirinin Maliyyələşdirilməsi platformaları mövcuddur mu?;
- Faktorinq üzrə qanunverciliyin tələbləri və həlledici məqamlar;
- Faktorinq əməliyyatları zamanı ƏDV öhdəliyi;
- Bu məhsula olan tələblər;
- Faktorinq üzrə daha çox bazar payı əldə etmək atılan strateji addımlar;
- KOB seqmentləri üçün təklif edilən subsidiyalaşdırılmış kredit məhsulları;
- Müxtəlif subsidiya mexanizmləri üzrə əsas meyarlar;
- Kredit almaq istəyən müəssisələr üçün onlayn müraciət və sənəd dövriyyəsi sisteminiz mövcuddurmu? Əgər varsa, subsidiya prosesini necə inteqrasiya edilib?;
- Hansı sahələrə (kənd təsərrüfatı, emal sənayesi, innovasiya və s.) daha çox subsidiyalı kredit ayrılır və niyə?;
- Dövlət strukturları ilə sənəd dövriyyəsi və risk paylaşımı modeli?;
- Subsidiya proqramlarında iştirak edən müəssisələrə texniki dəstək, təlim və ya məsləhət xidmətlərinin mövcudluğu.
Qeyd edək ki, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 38 mindən çox dinləyiciyə 2600-ə yaxın təlim kursu təşkil edilmişdir.