Taleh Kazımovun bankların rəhbərləri ilə növbəti dəfə görüşü baş tutmuşdur

Əlavə edilib:

Mərkəzi Bankın sədri Taleh Kazımov oktyabrın 25-də ölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə növbəti dəfə görüşmüşdür. Görüş zamanı bank sektoru üzrə cari ilin 3-cü rübünün nəticələri müzakirə edilmişdir.

Həmçinin son dövrlərdə qlobal meyillərin və çağırışların maliyyə-bank sektoruna təsiri nəzərdən keçirilmişdir. Eləcə də ölkədə makroiqtisadi sabitliyinin təmin edilməsi və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışılmışdır.

MÜDDƏT