“Ticarət və layihələrin maliyyələşdirilməsi üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilmişdir

Əlavə edilib:

“Ticarətin və layihələrin maliyyələşdirilməsi Ekspert Qrupu”nun 28 aprel 2022-ci il tarixində növbəti onlayn iclası keçirilmişdir.

Görüş zamanı Ekspert Qrupunun yeni sədri vəzifəsinə namizədin qrupla əlaqədar gələcək fəaliyyət planı üzrə müzakirələr və namizədliyinin ABA-nın Rəyasət Heyətinə təqdim edilməsinin təsdiqi və digər cari məsələlərin müzakirəsi aparılmışdır.

İclasın əvvəlində “International Islamic Trade Finance Corporation” (ITFC) təşkilatının nümayəndəsi Hojamurod Hojaev “Catalyst for Trade in OIC Member Countries” mövzusunda təqdimatla çıxış etmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT