“Ticarətin və layihələrin maliyyələşdirilməsi” üzrə Ekspert Qrupunun onlayn iclası keçirilib

Əlavə edilib:

30 aprel 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Ticarətin və layihələrin maliyyələşdirilməsi” üzrə Ekspert Qrupunun növbəti onlayn iclası keçirilmişdir.

İclas zamanı gündəlikdə duran məsələlər haqqında müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT