“Ticarətin və layihələrin maliyyələşdirilməsi” və “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qruplarının onlayn iclası keçirilib

Əlavə edilib:

25 avqust 2021-ci il tarixində “Ticarətin və layihələrin maliyyələşdirilməsi” və “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qruplarının birgə onlayn  iclası keçirilmişdir.

İclas zamanı əlaqədar qrupların fəaliyyətinə dair cari və digər məsələlər, həmçinin xarici bankların yerli nümayəndəlikləri və digər banklar arasındakı əməkdaşlıq münasibətləri müzakirə olunmuşdur.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT