Türkiyə Daxili Audit İnstitutu ilə görüş keçirilib

Əlavə edilib:

27 aprel 2022-ci il tarixində ABA-nın nəzdində fəaliyyət göstərən “Daxili audit üzrə Ekspert Qrupu” ilə Türkiyə Daxili Audit İnstitutunun nümayəndələri arasında onlayn iclası keçirilmişdir. İclasda ekspert qrupunun rəhbər və bir neçə nümayəndəsi, həmçinin ABA-nın icraçı direktoru Yunus Abdulov iştirak etmişdir.

Görüş zamanı ABA ilə Türkiyə Daxili Audit İnstitu arasında qarşılıqlı faydalı işgüzar əlaqələrin qurulması, gələcək əməkdaşlıq perspektivləri, daxili audit sahəsində təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT