Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Liderlik və Strateji düşüncə” mövzusunda Təlim Proqramı baş tutub

Əlavə edilib:

13-14 may 2023-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Liderlik və Strateji düşüncə” mövzusunda Təlim Proqramı baş tutmuşdur.

Tədbirdə bankların və digər ABA-ya üzv təşkilatların rəhbər şəxsləri və əməkdaşlarıından ibarət 40-a yaxın nümayəndə iştirak etmişdir. Tədbir çərçivəsində “Liderlik” və “Strateji düşüncə” mövzuları üzrə 4 təlim təşkil edilmiş, qrup oyunları keçirilmişdir.

Sonda bütün iştirakçılar sertifikatla təltif edilmişdir.

MÜDDƏT