Vahid inkasassiya mərkəzinin yaradılması ilə əlaqədar İşçi Qrupun iclası baş tutub

Əlavə edilib:

8 fevral 2024-cü il tarixində, vahid inkasassiya mərkəzinin yaradılması ilə əlaqədar İşçi Qrupun iclası baş tutub.

İclasda bu sahədə Türkiyə Respublikasında fəaliyyət göstərən “Bantaş Nakit ve Kıymetli Mal Taşıma ve Güvenlik Hizmetleri” A.Ş. şirkətinin nümayəndələri və İşçi Qrupda təmsil olunan bir neçə bankların nağd pul vəsaitlərinin daşınması sahəsində rəhbər məsul şəxsləri iştirak etmişdir. Görüş zamanı vahid inkasassiya mərkəzinin yaradılması ilə bağlı müzakirələr aparılmış, Bantaş şirkəti tərəfindən təqdimat edilmiş, bankların rəy və təklifləri dinlənilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT