Vergilər Nazirliyi ilə “Ticarətin və layihələrin maliyyələşdirilməsi” üzrə ekspert qrupu arasında onlayn görüş keçirilib

Əlavə edilib:

22 may 2020-ci il tarixində Vergilər Nazirliyi ilə “Ticarətin və layihələrin maliyyələşdirilməsi” üzrə ekspert qrupu arasında onlayn görüş keçirilib.

Görüş zamanı idxal edilən malların dəyərinin ödənilməsi ilə bağlı bank zəmanəti və bank akkreditivi alətlərindən istifadə imkanlarının və bu sahədə bankların rolunun artırılmasının mümkünlüyü məsələləri müzakirə edilmişdir.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT