Vergilər Nazirliyi və ABA-ya üzv bankların nümayəndələri arasında görüş keçirilib

Əlavə edilib:

20 fevral 2018-ci il tarixində Vergilər Nazirliyi və ABA-ya üzv bankların nümayəndələri arasında görüş keçirilib.

Görüşdə Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin İnformasiya təchizatı və elektron ticarətə nəzarət şöbəsinin rəhbəri Elnur Qəhrəmanov, ABA-nın “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə” Ekspert Qrupunun sədri Zakir Kazımov və üzv bankların nümayəndələri iştirak ediblər.

ABA-da keçirilmiş görüşdə dövlət müəssisələri olan hüquqi şəxslərin banklar tərəfindən müəyyən edilməsi və vergi sərəncamlarının bankların sisteminə daxil edilməsi prosesinin avtomatlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT