“Xəzinədarlıq fəaliyyətində risklərin idarə edilməsi” mövzusunda təlim təşkil edilib

Əlavə edilib:

13 fevral 2019-cu il tarixində Azərbaycan Banklar Assosasiyasının(ABA)  “Risklərin İdarə Edilməsi üzrə” Ekspert Qrupu və “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupu üzvlərinə “Xəzinədarlıq fəaliyyətində risklərin idarə edilməsi” mövzusunda Ziraat Bankın baş ofisində təlim təşkil edilmişdir.

Təlimdə Xəzinədarlıq idarəçiliyinin vacibliyi geniş müzakirə olunaraq, Fyuçers, Forvard( Forward), Svop( Swop), Opsion sövdələşmələrinin hesablanmaları qaydaları və pərdəarxası məqamları təhlil olunmuşdur. Eyni zamanda Mərkəzi Bankın bu əməliyyatlarda rolunun zəruriliyi və digər banklar ilə qarşılıqlı əlaqələri qeyd edilmişdir.

Qeyd edək ki, Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu 2018 – ci ilin fevral ayında ABA nəzdində yaradılmışdır.  ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT