“Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun MB nümayəndələri ilə iclası keçirilmişdir

Əlavə edilib:

24 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələrinin iştirakı ilə “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupu üzvlərinin onlayn iclası keçirilmişdir.

Görüş zamanı yaranmış cari vəziyyətlə əlaqədar məsələlər və həmçinin qrupun fəaliyyətinə dair digər işlərin müzakirəsi aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.



MÜDDƏT