Xocalı soyqırımından 26 il ötür…

Əlavə edilib:

Xocalı soyqırımı, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri olub.

Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin qocalar uşaqlar qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə təhqir və həqarətlərinə məruz qalıblar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Bu faciədə 8 ailə bütövlükdə məhv edilib.

XX əsrdə soyqırım və etnik təmizləmə hadisələri sırasında Xocalı faciəsi ən dəhşətlilərinə aiddir.  Azərbaycan xalqı və onun dövləti bu faciəni unutmur və unutmayacaqdır. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçılarının layiqli cəzalarına çatmalarına nail olunacağına inanırıq. Allah rəhmət etsin!

MÜDDƏT